Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Ramazan Bayramınız Mübarək

Ramazan Bayramınız Mübarək

Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzi kollektivi olaraq, Mübarək Ramazan bayramı münasibətilə Sizləri təbrik edirik, ALLAHdan oruc və namazlarınızın, dualarınızın qəbul olunmasını diləyirik.
Ramazanın müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır.
Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Savab, ülfət ayı olan Ramazan əsrlər boyunca bəşər övladına dözüm, mərhəmət, ALLAHın yaratdıqları arasında münasibətlərdə xeyirxahlıq təlqin edir.
Bu əziz gündə biz Uca ALLAHa dualar edir, müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda çalışan dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunmasını, qaçqınlarımız və köçkünlərimizin öz doğma yurdlarına qayıtmasını, arzulayırıq.
Ölkəmizin inkişafını arzulayırıq.
BAYRAMINIZ MÜBARƏK!

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık