Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Ramazan ayının 12-ci günü: imsak, iftar vaxtı və dua

Ramazan ayının 12-ci günü: imsak, iftar vaxtı və dua

Bu gün mübarək Ramazan ayının 12-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin təqviminə görə, mayın 6-da imsak vaxtı saat 03:52-dək, iftar vaxtı isə 19:56-dadır.

12-ci günün duası: “İlahi, məni bu gün günahdan qorunub, iffətli olmaqla zinətləndir! Mənə kifayət edən halal mal ver və qənaət libasını mənə geyindir! Məni belə bir gündə ədalət və insafla yaşamağa müvəffəq et, qorxduğum işlərdən amanda saxla! Ey, qorxanların İsməti və Qoruyanı!”

İftar duası: “Allahım, Sənin rizan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinlə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, orucumu qəbul et, günahlarımı bağışla”.

Allah orucunuzu qəbul etsin.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık