Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Qubanın bütün yaşayış məntəqələrində polis postları qurulub - FOTO

Qubanın bütün yaşayış məntəqələrində polis postları qurulub - FOTO

Quba polisi Nazirlər Kabineti yanında Operativ Qərargahın "Karantin rejiminin gücləndirilməsi" barədə qərarı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

Bu gündən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə müəyyən olunan hərəkət məhdudiyyətlərinin tətbiqinə Quba rayonunda da başlanılıb.

 

 

Belə ki, rayonun və bütün yaşayış məntəqələrinin girişində polis postları qurulub. Postlarda polis əməkdaşları ilə yanaşı, hərbi qulluqçular da gücləndirilmiş iş rejimində xidmət aparır.

Postlara yaxınlaşan nəqliyyat vasitələri və piyadalar müvafiq qaydada polis əməkdaşları tərəfindən yoxlanılır, rəsmi icazəsi olmadan evdən çıxan şəxslərə xəbərdarlıq edilir, belə hallara təkrar yol verənlərə cərimə protokolu yazılır.

 

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba Regional qrupundan "Report"un Şimal bürosuna verilən məlumatda bildirilir ki, bu tədbirlər operativ qərargahın qəbul etdiyi qərarın icrası və nəzarət tədbirləri polis tərəfindən müəyyən edilən müddətdə davam etdiriləcək.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık