Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Qax rayonunda baş verən yol qəzasının təfərrüatları məlum olub.

Qax rayonunda baş verən yol qəzasının təfərrüatları məlum olub.

DAİM.AZ “Report”a istinadən Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun, rayonun Cəlayir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Balakən rayon sakini 1991-ci il təvəllüdlü Tural Məmməd oğlu Eminovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Zaqatala sakini 1987-ci il təvəllüdlü Nail Təmraz oğlu Dəmirovun sükanı arxasında olduğu “VAZ-21099” markalı avtomobil toqquşub.

 

Nəticədə “Mercedes”in sürücüsü və onun sərnişini, Balakən rayon sakini 1971-ci il təvəllüdlü İntizar Süleyman qızı Eminova, “VAZ-21099"un sürücüsü və sərnişinləri- Balakən rayon sakinləri, 1976-cı il təvəllüdlü Xuraman Qarakişiyeva və onun qızı 1997-ci il təvəllüdlü Raisa Zeynalova xəsarət alıblar. Yaralılar Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır

XƏBƏRƏ AİD ŞƏKİLLƏR

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık