Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Nazir 190 manat birdəfəlik ödəmə və vaxtı keçmiş şəxsiyyət vəsiqələri haqda

Nazir 190 manat birdəfəlik ödəmə və vaxtı keçmiş şəxsiyyət vəsiqələri haqda

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, birdəfəlik ödəmə işsiz şəxslərə, ailələrə dəstək məqsədilə veriləcək: "Əgər ailənin bir üzvünün əmək müqaviləsi varsa, o ailədən kimsə birdəfəlik yardım almayacaq. Burada şərtlər məlumdur ki, ödəmə işsiz şəxslərə verilir. Müraciətlər yoxlanılır. İki gün ərzində qəbul edilən müraciətlərdən 60 faizi haqqı olmayan insanların müraciətidir. Əmək müqaviləsi ilə çalışan, sahibkarlıqla məşğul olanlar, tələbələr birdəfəlik ödəmə ala bilməzlər”.

Nazir onu da bildirib ki, şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş şəxslər birdəfəlik ödəniş almaq üçün qeydiyyatdan keçə bilməzlər: "Elektron hökumət portalı üzərindən məlumatlar şəxsiyyət vəsiqəsinin FİN kodu əsasında oxunur. Ona görə də şəxsiyyət vəsiqəsi yenilənməlidir. Əgər mövcud şəxsiyyət vəsiqəsi qüvvədə deyilsə, məlumatlar toplana bilmir və buna görə də ona işsiz statusu vermək mümkün olmur. Həmin şəxslər karantin müddətində evdən çıxmaq üçün verilən 2 saatlıq icazə müddətindən istifadə edib istənilən “ASAN Xidmət” mərkəzlərinə gedərək şəxsiyyət vəsiqələrini yeniləsinlər”.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık