Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Nərimanov rayonunda binada yanğın baş verib - VİDEO+FOTO

Nərimanov rayonunda binada yanğın baş verib - VİDEO+FOTO

DAİM.AZ Oxu.az-a istinadən xəbər verir ki, hadisə Gülarə Qədirbəyova küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

Məlumata görə, ev təmir olunduğundan mənzildə heç kəs olmayıb. İlkin ehtimallara görə, yanğın qısaqapanma səbəbindən yaranıb.

Əraziyə FHN-in Nərimanov Rayonu üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin üç texnikası və canlı qüvvəsi cəlb olunub. Mənzildə olan çarpayı və digər yanar konstruksiyalar yanaraq yararsız hala düşüb. Alov söndürülüb.

Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Yağın zamanı mənzildə heç kəs olmadığından xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin Videosu


XƏBƏRƏ AİD ŞƏKİLLƏR

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık