Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Nə maska taxan var, nə əlcək geyinən - Bazarlarda qaydalara əməl olunmur - VİDEO

Nə maska taxan var, nə əlcək geyinən - Bazarlarda qaydalara əməl olunmur - VİDEO

DAİM.AZ  ATV-yə istinadla xəbər verir ki, qida məhsulları ilə birbaşa təmasda olan satıcılar isə müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışdılar.

Normalda 2 metr ara məsafəsi olmalıdır, amma bu bazarda hərəkət edərkən insanlar arasındakı məsafəni heç santimetrlə belə ölçmək mümkün deyil. Karantin rejiminin pozulması burada açıq görünür. Belə ərazidə yoluxma riski hər an mümkündür. 

Maraqlıdır ki, vəziyyətə nəzarət etmək əvəzinə bazar nümayəndələri vəziyyətdən çıxış yolu kimi qayda pozanlara qarşı cərimə tətbiq edilməsini lazım bilirlər.

Yeri gəlmişkən, metodiki göstərişlərə əsasən ictimai iaşə müəssisələrində qida məhsulları ilə təmas zamanı saçları qapalı saxlayan baş örtükləri, tibbi maska və əlcəklərdən istifadə edilməlidir.

Xəbərin Videosu


Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık