Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Metronun aldığı yeni qatarların istifadəyə veriləcəyi vaxt məlum oldu - (FOTO)

Metronun aldığı yeni qatarların istifadəyə veriləcəyi vaxt məlum oldu - (FOTO)

Bunu DAİM.AZ Trend-ə istinadən açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq qatarlar Bakı metropoliteninin deposuna daxil olub: "Hazırda qatarlar təhvil verilib. Yeni qatarlar 20 vaqon 4 qatar tərkibindən ibarətdir. Onlar müasir standartlara cavab verir və yaxın vaxtlarda sınaqdan keçirilərək xəttə buraxılacaq. Yeni qatarlar istismar müddətini başa çatmaq üzrə olan və hazırda xəttə olan köhnə qatar tərkiblərini əvəzləyəcək. Təxminən bir ay, ay yarımdan sonra yeni qatar tərkibi istifadəyə veriləcək. Yəni köhnə qatar tərkiblərinin istismar müddəti başa çatdıqca onlar yeni qatar tərkibi ilə əvəzlənəcək".

Xatırladaq ki, hazırda Bakı metropoliteni 55 vaqondan ibarət 11 yeni qatar tərkibini xəttə buraxıb. Yeni qatarlar istifadəyə verildikdən sonra Bakı metrosunda 75 vaqondan ibarət 15 yeni və müasir qatar tərkibi sərnişinlərə xidmət göstərəcək.

XƏBƏRƏ AİD ŞƏKİLLƏR

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık