Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Məsafə gözləmirlər,maskadan da istifadə etmirlər - VİDEO

Məsafə gözləmirlər,maskadan da istifadə etmirlər - VİDEO

Parkda toplu halda gəzən bu gənclərin heç biri tibbi maskadan istifadə etmir. Ara məsafəsinin gözlənilməsindən isə ümumiyyətlə danışmağa dəyməz.

Paytaxt küçələrində apardığımız müşahidələrdən də aydın görünür ki, tibbi maskası olan da onu qaydalara uyğun istifadə etmir. Biri çənəsində saxlayır, bəziləri isə əlində. Amma buna baxmayaraq maskadan istifadə edənlər də az deyil və belə vətəndaşlar hesab edir ki, maskasız gəzən insanlar özü ilə bərabər digərlərinin də sağlamlığı üçün təhlükədir.

Həkim terapevt Nahid Məhərrəmov deyir ki, infeksiya ağız və burun boşluğu vasitəsilə orqanizmə daxil olduğu üçün maska taxılması vacibdir.

Gözün selikli qışasını virusdan qorumaq üçün ara məsafəsinin saxlanılması əsas şərtdir:

"Biz bu qaydalara əməl etmədiyimiz təqdirdə ya koronavirusun qurbanına çevrilmiş oluruq, ya da infeksiyanı özümüzlə daşıyıb əzizlərimizə, doğmalarımıza gətirib çıxarırıq. Onlar bunun qurbanına çevrilir. İnsanlar maskadan kortəbii istifadə edirlər. Bəziləri cibində, alnında, çənəsində, bəziləri maşının şüşəsindən asır. Bu şeylər yol verilməzdir. Bu zaman koronavirusun mənbəyi maskanın özü olur".

Kimliyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq maskadan istifadə etmək məcburidir. Zərurət olmadığı təqdirdə evdən çıxmamaq da virusla mübarizədə əffektiv çıxış yoludur.

Çingiz Abdullayev - xalq yazıçısı: "Gəlin buna ciddi yanaşaq. Gəlin evdən çıxanda maska geyək. Ümumiyyətlə daha çox evdə olaq. Başa düşürəm çətindir, başa düşürəm bezmişik. Amma bunu eləməmək də olmur. Ona görə ki, xəstələnən olur. Gəlin buna əməl edək".

Elçin Həşimov - xalq artisti: "Gəlin ölkəmizin, dövlətimizin qanunları nə tələb edirsə, ona riayət edək. İnanın onlar hamısı bizim sağlamlığımız üçündür. Mən şəxsən özüm də hər bir yerdə bu təhlükəsizlik qaydalarına riayət edirəm. Çalışıram ki ətrafımda olan insanlara da bu çağırışı edəm. Bu bəladan bir yerdə güclü olaraq canımızı qurtaraq".

Qeyd edək ki, tibbi maska istifadə edilməməsinə görə həm də inzibati məsuliyyət var. İnzibati tədbirlərdən daha effektli yol isə öz sağlamlığımızın keşiyində durmaqdır. Bununla da özümüzü, ailəmizi və yaşadığımız cəmiyyəti virusdan qorumuş oluruq.

Xəbərin Videosu


Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık