Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Mədəniyyət nazirinin müavini işdən çıxarıldı - SƏRƏNCAM

Mədəniyyət nazirinin müavini işdən çıxarıldı - SƏRƏNCAM

DAIM.AZ  "Report"-istinadən xəbər verir ki, sərəncamla Rafiq Yasin oğlu Bayramov Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, R.Bayramov 10 noyabr 1972-ci ildə anadan olub. O, 2018-ci ilin iyun ayından Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini vəzifəsində çalışırdı.

 

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mayın 8-də əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık