Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Karantin postları yenidən fəaliyyətə başladı - VİDEO

Karantin postları yenidən fəaliyyətə başladı - VİDEO

Xüsusi karantin rejiminin tələblərində nəzərdə tutulmuş müvafiq icazələrinin olub-olmamasına nəzarət etmək məqsədilə hərəkət iştirakçılarının – sürücülərin və sərnişinlərin sənədləri yoxlanılır.

Müvafiq icazəsi olmayan hərəkət iştirakçıları qanunvercilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

Qeyd edək ki, Bakı şəhərinə giriş-çıxış postları istisna olmaqla digər postlar iyul ayının 2-dən ləğv edilmişdi.

Daxili İşlər Nazirliyindən bildirilirdi ki, buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.

Xəbərin Videosu


Mənbə: REPORT

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık