Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib

İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq, Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Qeyd edək ki, İ.Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirmiş, 2002-ci ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika və tətbiqi riyaziyyat fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2000-2004-cü illərdə bank sektorunda çalışmış, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.

2011-ci ildən yeni yaradılmış “Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra etmiş, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış “Region TV” telekanalının direktoru olub.

19.09.2016-cı il tarixindən ARB Media Qrupun rəhbəri olub, “ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2020-ci il sərəncamı ilə İsmət Səttarov 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

Evlidir, bir övladı var.

Xatırladaq ki, bundan əvvəl Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov olub. O, 2003-cü ildən bu vəzifədə çalışırdı.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık