Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Gürcüstanda azərbaycanlılar Qarabağa azadlıq aksiyası keçirdi - FOTO

Gürcüstanda azərbaycanlılar Qarabağa azadlıq aksiyası keçirdi - FOTO

DAİM.AZ APA-ya istinadən xəbər verir ki, Marneulinin mərkəzində, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin qarşısında keçirilən aksiyada Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin işğalına son verməsi tələb edilib.

Əllərində Azərbaycan və Gürcüstan bayraqları tutan aksiyaçılar Gürcüstanın bu mübarizədə Azərbaycanla həmrəy olduğu bildiriblər. Onlar sülhün yalnız işğala son verilməsindən sonra mümkün olacağını vurğulayıblar.

Aksiyada Ermənistan silahlı qüvvələrinin son illərdə törətdiyi təxribatlar nəticəsində həlak olmuş Azərbaycan hərbçilərinin və mülki şəxslərin şəkilləri nümayiş edilib, iştirakçılar həmçinin beynəlxalq aləmdən Xocalıya ədalət tələb ediblər.

XƏBƏRƏ AİD ŞƏKİLLƏR

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık