Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

G20 ölkələri COVID-19 ilə mübarizəyə 20 milyard dollardan çox vəsait ayıracaq

G20 ölkələri COVID-19 ilə mübarizəyə 20 milyard dollardan çox vəsait ayıracaq

DAİM.AZ  “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə G20-nin saytında məlumat verilib.

Dərc olunana bəyanatda deyilir ki, G20 dəvət olunmuş ölkələrlə birlikdə koronavirus pandemiyasına qarşı qlobal səyləri əlaqələndirir.

Belə ki, ayrılan vəsaitin xəstəliyin müalicəsinə, COVID-19-a qarşı peyvəndin hazırlanmasına və diaqnostikasına, habelə bu istiqamətdə araşdırmaların aparılmasına yönəldilməsi planlaşdırılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Dünyada 7 milyonadək insan virusa yoluxub, 390 minədək insan onun qurbanı olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık