Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Gəncədə avtomobil quyuya düşdü, ölən və xəsarət alan var - Fotolar

Gəncədə avtomobil quyuya düşdü, ölən və xəsarət alan var - Fotolar

DAİM.AZ  məlumatına görə, hadisə Gəncə - İmamzadə avtomobil yolunda, Atabəylər küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yeni kanalizasiya xətlərinin çəkilişi zamanı qazılan 9 metr dərinlikdə olan quyuya düşüb.

 

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar – 1985-ci il təvəllüdlü Fuad Rəcəbov və 1990-cı il təvəllüdlü Elmir Məmmədovdur. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir. 

 

Avtomobili quyudan çıxarmaq üçün əraziyə FHN xilasediciləri cəlb olunub. 

 

Faktla bağlı araşdırma aparılır. 

XƏBƏRƏ AİD ŞƏKİLLƏR

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık