Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

"Formula 1" rəsmisindən Azərbaycan Qran-prisi ilə bağlı açıqlama

DAİM.AZ "Report"a istinadən xəbərə görə, 66 yaşlı britaniyalı funksioner "Formula 1"in rəsmi saytına açıqlamasında sözügedən ölkələrdəki yarışların ləğv oluna biləcəyini istisna etməyib.

R.Braun bildirib ki, bütün variantlar müzakirə olunub: "Başa düşürük ki, daimi traslardan fərqli olaraq, Bakı və Sinqapur kimi şəhərlərdə yeni trasların qurulması böyük diqqət tələb edir. Hər bir detal nəzərdən keçirilib və biz mövsümün ikinci yarısını çox yaxşı keçirə bilərik. Baş tutmayan bir neçə Qran-pri olacaq. Amma onu deyə bilərəm ki, yarışların əksəriyyəti keçiriləcək".

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık