Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

FHN psixoloji dəstək üçün “qaynar xətt” təşkil etdi

FHN psixoloji dəstək üçün “qaynar xətt” təşkil etdi

Koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

FHN-in Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, nazirlik tərəfindən koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimində əhalidə yarana biləcək psixoloji problemlərin aradan qaldırılması və onlara mənəvi dəstəyin göstərilməsi məqsədilə qurumun peşəkar psixoloqları tərəfindən 24 saat fəaliyyət göstərən telefon xətti vasitəsilə psixoloji məsləhətlər təşkil olunub.

Psixoloji yardıma ehtiyacı olan vətəndaşlar 8 aprel 2020-ci il tarixindən etibarən FHN-in “112” qaynar telefon xəttinə müraciət edə bilərlər.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık