Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

FHN güclü küləyin yaratdığı fəsadlarla bağlı müxtəlif xilasetmə və təhlükəsizlik tədbirləri həyata keçirib

FHN güclü küləyin yaratdığı fəsadlarla bağlı müxtəlif xilasetmə və təhlükəsizlik tədbirləri həyata keçirib

FHN-dən DAIM.AZ-a verilən məlumata görə, həmin müraciətlərə əsasən, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasedici qrupları Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) mütəxəssislərinin iştirakı ilə müxtəlif səpkili xilasetmə və təhlükəsizlik əməliyyatları həyata keçiriblər.
Belə ki, paytaxtın Səbail, Sabunçu və Nərimanov rayonlarında müxtəlif ünvanlarda binaların və digər təyinatlı tikililərin dam örtüyünün dəmir konstruksiyalarının qopması nəticəsində bina sakinlərinin və yaxınlıqdan keçən vətəndaşların həyatı üçün təhlükə yaranıb.
Çağırış ünvanına cəlb olunan xilasedicilər, TTNDA-nin mütəxəssislərinin rəy və təkliflərini nəzərə alaraq, ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Mənbə: REPORT

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık