Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Deputatların maaşları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir

Deputatların maaşları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir

Bu barədə DAİM.AZ-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Qeyd olunub ki, parlament sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat), Milli Məclis sədrinin müavini - 85 faizi (2103,75 manat) məbləğində maaş alır.

 

Milli Məclisin komitə və komissiya sədri
spikerin maaşının 80 faizi (1980 manat), komissiya sədrinin müavini - 75 faizi (1856,25 manat), Milli Məclisin deputatı isə spikerin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1732,5 manat) aylıq vəzifə maaşı alır.

 

“Bundan əlavə, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar”, - deyə məlumatda bildirilib.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık