Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Bu şəxslər Ali Məhkəməyə hakim təyin olunacaqlar

Bu şəxslər Ali Məhkəməyə hakim təyin olunacaqlar

Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin olunacaq. 

DAİM.Az ın məlumatına görə, bu barədə Milli Məclisə təqdimat daxil olub.

Bakı Apelyasiya Məhkəməsinin hakimləri Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, Elşad Şamayev Ali Məhkəməyə hakim postuna gətiriləcəklər. Həmçinin Gəncə Apelyasiya Məhkəməsinin İspəndiyar Şəfiyevin, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Aqil Abbasovun, Çingiz Əsgərovun, Bəhman Qəribovun, Bəhram Məmmədlinin də Ali Məhkəmənin hakimləri təyin olunacağı gözlənilir.

Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık