Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Britaniya Hökuməti AXC-nin nümayəndə heyətini maddi yardımla necə təmin edib?

Britaniya Hökuməti AXC-nin nümayəndə heyətini maddi yardımla necə təmin edib?

Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə Paris Sülh Konfransında yolladığı nümayəndə heyəti, yeni respublikanın beynəlxalq cəmiyyət tərəfindən tanınmasında mühüm rol oynayıb.

Lakin BBC News Azərbaycancanın Britaniya Milli Arxivlərindən əldə etdiyi məktublar Əli Mərdan bəy Topçubaşovun rəhbərlik etdiyi bu heyətə Britaniya hökumətinin göstərdiyi maddi köməyin necə və niyə ötürüldüyünü izah edir.

1919-cu il, 3 oktyabr

Britaniya Paris Sülh Konfransına Nümayəndə Heyətinin Prezidentinə

Cənab Prezident,

Avqustun 26-sı, Britaniya Nümayəndə Heyətinin Hərbi Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən bir teleqram aldıq. Mən bu teleqramın tərkibindəki bəzi qeyri-müəyyən məqamlara görə, onu aydınlıq gətirmək xahişi ilə geri qaytardım.

Qeyd etdiyim şöbə, yaxşılıq edərək xahişimi yerinə yetirib, bu məktubla göndərdiyim düzəlişli teleqramı bizə qaytardı.

Bu teleqramda Azərbaycan Hökuməti, məndən, Azərbaycan Nümayəndə Heyətinin prezidenti kimi Britaniya Hökumətinə müraciət edib, onlardan Azərbaycan heyəti üçün, Britaniya Hərbi Komandirliyinin Azərbaycan Hökumətinə olduğu borcunun bir payını ödəməyini xahiş edim.

Əlbəttə ki, Azərbaycan Respublikasının bu üsula əl atmağına səbəb Parislə Bakı arasındaki əlaqələrdə və xüsusilə də pul göndərməkdə çəkilən çətinliklərdir.

Cənab prezident, aldığımız müraciəti qeyd edərək, sizdən xahiş etmək istəyirəm ki, ölkəmizə olan borcun qismən əvvəlcədən ödənişin mənim rəhbərlik etdiyim heyətə ödənilməsini sürətləndirməkdə Britaniya hökumətində malik olduğunuz xüsusi nüfuzdan istifadə edəsiniz.

Səmimiliyimin etibarlı olduğuna ümid edirəm,

Ə.M. Topçubaşov

Britaniya rəsmilərinin şərhləri:

Surətini XİN-ə göndər və onlardan xahiş et ki, Maliyyə Nazirliyi ilə əlaqə saxlasınlar və vaxtı gələndə cavab yaz.

Eyni vaxtı məsələni izah edən məktub Əli Mərdana da göndərilməlidir ki, o, vaxtı gələndə məlumatlandırılacaq.

E. G. Adam Oktyabrın 4-ü

Britaniya Nümayəndə Heyətinə,

PARİS 16 sentyabr, 1919

Azərbaycan Nümayəndə Heyətinin Prezidenti, Claridge Oteli

Sizə avqustun 25-i çatdırdığım və bərbad vəziyyətdə olan teleqramın yenidən hazırlanmış versiyasını çatdırmaq istəyirəm.

Teleqramda hələ də bir qədər nöqsanlar var, lakin ümid edirəm ki, onu artıq anlamaq mümkün olacaq.

7 oktyabr, 1919

E. Crowe Kedleston Erli Cruzon-u salamlayır və ona Azərbaycanın Sülh Konfransına nümayəndə heyətindən Britaniya Hərbi Orqanlarının Azərbaycan Hökumətinə iddia olunan borcunun ödənişinə dair Britaniya nümayəndə heyətinə ünvanladığı məktubu təqdim edir.

Əgər bu məsələni Maliyyə Nazirliyi və Müharibə Şöbəsinin diqqətinə çatdırıb və vaxtı gələndə onu M. Topçubaşova göndərəcəyi cavab barədə məlumatlandırsanız, E. Crowe minnətdar olardı.

7 oktyabr, 1919

E. Crowe Azərbaycanın Sülh Konfransına nümayəndə heyətinin prezidentini salamlayır və M. Topçubaşovun Britaniya Hərbi Orqanlarının Azərbaycan Hökumətinə deyilən borcunun ödənişinə dair 3 oktyabr tarixli məktubunu aldığını təsdiqləmək istəyir.

Qeyd olunan məktub Kral Hökumətinin Londondaki müvafiq şöbələrinin nəzərinə çatdırlıb və vaxtı gəldikdə M. Topçubaşova cavab göndəriləcək.

Britaniya Nümayəndə Heyətindən,10 oktyabr 1919 Konstantinopol Baş Qərargahına,

Azərbaycan Respublikasının prezidentinə müraciət başlayır:

İngiltərədən ödəniş almaq üçün Britaniya general Newcombe-la görüşüb borcun necə yarandığını izah etmək lazımdır.

Bizə 3 milyon frank ödənilməlidir. Bu məlumat sizin və Newcombe-ın imzası ilə burada bizə və Britaniya nümayəndə heyətinə göndərilməlidir. Cavabınızı səbirsizliklə gözləyirik. Biz yaxşıyıq. Salamlar.

Azərbaycan nümayəndə heyətinin prezidenti. Paris.

Topçubaşov

Xarici İstiqraz Sahiblərinin Şurası17 Moorgate Street,London, E.C. Oktyabrın 8-i, 1919

Sir,

Xarici İstiqraz Sahiblərinin Şurasına məlum olub ki, Kral Hökuməti Azərbaycan Hökumətinin Britaniya hərbçilərinə çatdırılan sürsatlar və digər xidmətlərə dair iddialarını tanımaq məsələsini nəzərindən keçirir.

Əgər bu doğrudursa, biz öyrənmək istərdik, əgər mümkünsə, Kral Hökuməti bu imkandan istifadə edərək, 1917-ci ilin iyul ayından bəri defolt olmuş və ödənməmiş məbləği hazırda £2.759.200-ə çatan Bakı rayonun istiqraz sahiblərinin də iddialarını irəli sürə bilərmi?

Hörmətlə,

James P. Cooper

Katib Xarici İşlər Nazirliyinə Dövlət Katibinin Müavininə Xarici İşlər Nazirliyi, S.W.1

Hərbi Şuranın katibinə, oktyabrın 16-sı, 1919

Sir,

Kedleston Erlinin əmrilə Hərbi Şuranın məlumatı üçün, Kral Hökumətinin Azərbaycan Hökumətinə və Bakıdaki Dövlət Bankına olduğu borca dair məktublarımızın surətlərini çatdırıram.

Bununla bağlı, mən Müharibə Nazirliyinin iyunun 19-u, 1919-cu il tarixli məktubunu (0149/7217.Accts.5.512) qeyd edərək, bu nazirlikdən alınan 1 iyul tarixli cavabdan sonra, Britaniya hərbi orqanlarının qeyd etdiyi məbləğin ödənişi üçün addımların atılıb-atılmadığını soruşmaq istərdim.

Bu Bakıda edilməyibsə, Lord Curzon Xarici İstiqraz Sahibləri Şurasının daxil edilmiş məktubunda qeyd olunan məbləğin Sülh Konfransı heyətinin məktubunda qeyd olunan məbləğlə üst-üstə düşüb-düşmədiyini öyrənməkdən məmnun olardı. Əks halda, Lord Curzon qənaətə gələcək ki, bu məbləğlər Maliyyə Nazirliyinin ayın 9-u göndərdiyi məktubunda qeyd olunan borcun bir qismidir.

Hər halda Azərbaycan Hökumətinə mövcud olan borcun hərbi xərclərlə bağlı yarandığını ehtimal etmək olar və ona görə də mən təklif etmək istərdim ki, Hərbi Şura bu məktubun bir surəti də ünvanlandığı Maliyyə Nazirliyi ilə birlikdə, Xarici İstiqraz Sahibləri Şurası və Azərbaycanın Parisdəki Nümayəndə Heyətinin istəklərini nəzərə alaraq, bu məsələni müzakirə etsinlər.

Sizin ən itaətkar və təvəzökar qulluqçunuzam,

Xarici İşlər Nazirliyinə Dövlət Katibinin Müavini,

Cecil Harmsworth

yukarı çık