Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Bakıdan rayonlara gedənlər böyük tıxaca düşüblər

Bakıdan rayonlara gedənlər böyük tıxaca düşüblər

DAİM.AZ-ın məlumatına görə, tətbiq olunacaq iki günlük sərt karantin rejimi ilə əlaqədar rayonlarla üz tutmaq istəyənlər saatlarla tıxacda qalıblar.

Tıxac əsasən də Bakı-Ələt postunda müşahidə edilib.

Xatırladaq ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gənсə, Sumqayıt, Lənkəran, Abşeron, Salyan, Kürdəmir, Yevlax, İsmayıllı şəhər və rayonlarının ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləсək. Baş Dövlət Yol Polis İdarəsi bununla əlaqədar rayon qeydiyyatı olmayan, o cümlədən Bakı şəhərini tərk etməyə icazə olmayanların rayona getməmələri barədə çağırış etmişdi.

Xəbərin Videosu


Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık