Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Bakıda polis nəzarəti yalnız bu yerlərdə davam edəcək - RƏSMİ

Bakıda polis nəzarəti yalnız bu yerlərdə davam edəcək - RƏSMİ

Bu sözləri DAİM.AZ Lent.az-a istinadən  açıqlamasında DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. Onun sözlərinə görə, postlar yığışdırılsa da karantinlə bağlı nəzarət davam edəcək:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu gündən etibarən vətəndaşlar SMS icazəsi olmadan sərbəst şəkildə evdən çıxa biləcəklər. Buna görə də, Bakının bəzi küçələrində polis postları götürüldü. Ancaq insanların sıx olduğu məkanlarda insanların sosial məsafəyə və tibbi maskalardan istifadə etməsinə nəzarət davam edəcək. Belə ki, polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri tərəfindən bu nəzarət həyata keçiriləcək. Bundan əlavə, fəaliyyətinə icazə verilmiş obyektlərin təyin olunmuş qrafik əsasında işləməsinə də nəzarət ediləcək”.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık