Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Bəhram Bağırzadə evə buraxıldı

Bəhram Bağırzadə evə buraxıldı

DAİM.AZ  xəbər verir ki, ondan götürülən yeni COVID-19 testinin nəticələri neqativ çıxıb.

Həkimlərin konsiliumunun qərarı ilə B.Bağırzadə bundan sonra həkim-infeksionistin ambulator nəzarəti altında olmaq şərtilə evə buraxılıb.

Xəstəxana çıxışında Əməkdar artisti sənət dostları qarşılayıb.

Xatırladaq ki, Əməkdar artist Bəhram Bağırzadə iyunun 13-də vəziyyəti kəskin pisləşdiyindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülərək reanimasiyaya yerləşdirilib. Onun ağciyərlərinin 90 faizi zədələndiyindən əməkdar artist ECMO cihazına qoşulub. İyulun 2-də isə o, ECMO cihazından ayrılıb.

Qeyd edək ki, Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində olub.

XƏBƏRƏ AİD ŞƏKİLLƏR

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık