Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Azərbaycanın pravoslav xristianları Pasxanı qeyd etdilər

Azərbaycanın pravoslav xristianları Pasxanı qeyd etdilər

Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir.

Virtualaz.org-un məlumatına görə, bu il koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin gücləndirilməsi səbəbindən pravoslav məbədlərində Pasxa ibadəti dindarların iştirakı olmadan yerinə yetirilib. Mərasimdə yalnız ruhanilər iştirak ediblər.

Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə aprelin 18-dən 19-na keçən gecə qeyd edilib. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, “İsa Dirildi!” kəlməsi ilə bir-birini salamlayırlar.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdəki pravoslav xristianlarını təbrik edib Təbrikdə də deyilir ki, builki Pasxa bayramı bütün dünyanı bürümüş təhlükəli epidemiyanın bəşəriyyəti təhdid etdiyi bir vaxta təsadüf edir. Dövlət başçısı əmin olduğunu bildirib ki, üzləşdiyimiz qlobal bəla ilə mübarizədə həmvətənlərimiz yüksək məsuliyyət, həmrəylik və mütəşəkkillik nümayiş etdirəcək, xalqımız bu çətin sınaqdan da uğurla çıxacaq.

“Yeniliyin, dirçəlişin, birlik və bərabərliyin rəmzi sayılan nurlu Pasxa bayramı günündə bir daha hər birinizə cansağlığı, xoşbəxtlik, ailələrinizə əmin-amanlıq arzulayıram”, - deyə təbrik məktubunda vurğulanıb.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık