Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Azərbaycanda koronavirusdan ölənlərin sayı 88 nəfərə çatdı

Azərbaycanda koronavirusdan ölənlərin sayı 88 nəfərə çatdı

Bu barədə DAİM.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1947, 1954,1956 və 1958-ci il təvəllüdlü dörd nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 7 553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 149 nəfər müalicə olunaraq sağalıb, 88 nəfər vəfat edib, 3316 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 339.876 test aparılıb.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık