Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Azərbaycanda generallar “Heydər Əliyev zirvəsi”ni fəth etdilər - FOTO/VİDEO

Azərbaycanda generallar “Heydər Əliyev zirvəsi”ni fəth etdilər - FOTO/VİDEO

15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Gününün 27-ci ildönümü ərəfəsində zəmanəmizin dahi şəxsiyyəti, müasir Azər­bay­can dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının ifadəsi məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən 12 iyun 2020-ci il tarixdə general və zabitlərdən ibarət bir qrup sər­hədçinin Böyük Qafqaz sıra dağ­larının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündür­lükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunub.

 

Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.

 

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirak­çıları mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvəyə qalxıb, orada Azər­bay­can Respubli­kasının Dövlət Bayrağını ucaldıb, Dövlət Himnini ifa edib və Azərbaycan xalqının Milli Qurtuluş Gününün 27-ci ildönümünü tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər. Ki

Xəbərin Videosu


XƏBƏRƏ AİD ŞƏKİLLƏR

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık