Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Azərbaycanda bəzi polietilen torbaların satışı və istehsalı qadağan ediləcək

Azərbaycanda bəzi polietilen torbaların satışı və istehsalı qadağan ediləcək

DAİM.AZ məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu sənədlərdəki tədbirlərin bütün müvafiq qurumlarla birlikdə tətbiqi cədvəli hazırlanıb.

M.Babayev əlavə edib ki, 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsi, 15 mikrondan çox plastik polietilen torbaların satışının pullu olması öz əksini tapıb.

M.Babayev bu təcrübənin bir çox ölkələrdə tətbiq edildiyini və səmərəli nəticə verdiyini söyləyib

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık