Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza tələbi ləğv olunur - EKSKLÜZİV

Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza tələbi ləğv olunur - EKSKLÜZİV

DAİM.AZ əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə olunub.

 

Dəyişikliklə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.

 

Hazırkı qanunvericilikdə isə bu müddət 30 gündür. 

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık