Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

AŞPA həmməruzəçiləri Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını alqışlayıblar

AŞPA həmməruzəçiləri Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını alqışlayıblar

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COVID-19 epidemiyasının yayılması ilə bağlı yaşlı məhkumların əfv olunması haqqında sərəncamını alqışlayıblar.

AŞPA- nın Azərbaycan üzrə həmməruzəçiləri Sunna Evarsdottir, Rocer Geyl və Ştefan Şennak dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan məhkumların Azərbaycanda əfv edilməsini yüksək qiymətləndiriblər.

“Bu humanitar tədbir Avropa Şurasına üzv ölkələrin həbsxanalarında bugünkü sanitar böhran zamanı saxlanılan məhbusların insan hüquqlarının və sağlamlıqlarının qorunmasına dair Avropa Şurasının insan haqları Komissarı tərəfindən səsləndirilən narahatlıqlara cavab verir” - həmməruzəçilər bildiriblər.

Mənbə: REPORT

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık