Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Almaniyadan Azərbaycan vətəndaşları deportasiya ediləcək

Almaniyadan Azərbaycan vətəndaşları deportasiya ediləcək

DAİM.AZ “Report”a istinadən Avropa bürosunun əldə etdiyi məlumata görə, ötən gün Deggendorf şəhər İdarə Məhkəməsində 2016-cı ildə Almaniyaya gələrək sığınacaq istəyən 5 nəfərdən ibarət ailə və daha 3 azərbaycanlının məhkəmə prosesi keçirilib. 
Məhkəmə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) 8 Azərbaycan vətəndaşı barəsində çıxardığı qərarı qüvvədə saxlayıb.  
Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar könüllü ölkəni tərk etməklə bağlı ilkin qərarın icrası mümkün olmadığından, Azərbaycan vətəndaşlarının ölkədən çıxarılması qeyri-müəyyən vaxta təxirə salınıb.  
2019-cu ildə Almaniyaya qanunsuz yollarla daxil olan 3 Azərbaycan vətəndaşı eyni zamanda 500 avro cərimə ödəməli olacaq.
Məlumat üçün bildirək ki, bu ilin sonuncu rübünə kimi aralarında azərbaycanlı sığınacaq axtaranların da olduğu 4000-dən çox şəxsin Almaniyadan deportasiya edilməsi gözlənilir.

 

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık