Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

ABŞ-da koronavirusun ikinci dalğası gözlənilmir

ABŞ-da koronavirusun ikinci dalğası gözlənilmir

Wall Street Journal” bu barədə ABŞ prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlouya istinadla xəbər yayıb.

 

O qeyd edib ki, ölkənin bəzi bölgələrində aşkarlanan yoluxma halları nəzarət altına alınacaq.

 

Müşavir keçirdiyi qapalı görüşdə investorları sözlərinə inandırmağa çalışıb.

 

O, koronavirusa yoluxma hallarının artdığı Cənubi Karolina ştatını misal çəkərək, bunun COVID-19-un ikinci dalğası deyil, test sayının artması ilə əlaqədar olduğunu qeyd edib.

 

Trampın müşaviri mütəxəssislərin üçüncü dalğanı da proqnozlaşdırmadığını vurğulayıb.

 

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık