Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Əlcəzairin prezidenti İlham Əliyevi təbrik edib

Əlcəzairin prezidenti İlham Əliyevi təbrik edib


DAİM.AZ-ın məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident.

Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Əlcəzair xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və xalqınıza səmimi təbriklərimi, cansağlığı və firavanlıq arzularımı çatdırıram.

Bu əlamətdar günün yaratdığı fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsindən məmnun qaldığımızı, müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsində və iki qardaş xalqın maraqlarına xidmət edən münasibətlərin ən yüksək səviyyəyə yüksəldilməsində maraqlı olduğumuzu qeyd etmək istəyirəm.

Ortaq maraqların olduğu beynəlxalq və regional məsələlərin həllinə, xüsusilə Qoşulmama Hərəkatına sədrliyiniz çərçivəsində əlaqələrimizi davam etdirməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm. Bu, sülhün, təhlükəsizliyin, sağlam yaşayışın təmin olunmasına xidmət edəcək əməkdaşlığın gücləndirilməsi baxımından önəmlidir.

Bir daha Zati-alinizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık