Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Türkiyədə 3 günlük küçəyə çıxmaq qadağası başladı

Türkiyədə 3 günlük küçəyə çıxmaq qadağası başladı

DAİM.AZ  “Hürriyet”ə istinadən xəbər verir ki, Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Erzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və Zonquldak daxil olmaqla 31 şəhərdə məhdudiyyətlər bu gündən tətbiq olunmağa başlayıb.

 

Qadağa mayın 4-dək qüvvədə olacaq. Bu müddətdə 65 yaşdan yuxarı və 20 yaşdan aşağı şəxslərin küçəyə çıxmasına icazə verilməyəcək. Mayın 1-də marketlər saat 09:00-dan 14:00-dək açıq olacaq. Digər zəruri ehtiyaclar evlərə sifarişlə çatdırılacaq. 2-3 may tarixlərində isə market və dükanlar da bağlı olacaq. Məhdudiyyətlər sadəcə çörək bişirilən və satılan məkanlara tətbiq edilməyəcək.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık