Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Türkiyə ABŞ-a ikinci yardım təyyarəsi göndərdi

Türkiyə ABŞ-a ikinci yardım təyyarəsi göndərdi

Türkiyənin ABŞ-a göndərdiyi tibbi ləvazimat yardımı daşıyan ikinci yük təyyarəsi Ankaradan havaya qalxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatıyla COVID-19-la mübarizəyə dəstək məqsədilə  pandemiyadan ən çox zərər görmüş ölkələrdən olan ABŞ-a maska, qoruyucu tibbi vasitələr, tulum və dezinfektant kimi bir sıra tibbi ləvazimatlar göndərilib.

Qeyd olunub ki, ABŞ-da göndərilən tibbi ləvazimatın daşındığı yardım qutularının üzərinə Mövlana Cəlaləddin Rumiyə aid “Ümidsizliyin arxasında neçə ümidlər var, qaranlığın arxasında neçə günəşlər var” sözləri yazılıb.

Xatırladaq ki, Türkiyə 2 gün əvvəl də ABŞ-a tibbi yardım təyyarəsi göndərmişdi.

Türkiyə Silahlı Qüvvələrinə məxsus nəqliyyat təyyarələri daha əvvəl İspaniya, İtaliya, İngiltərə, Serbiya, Kosovo, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro, Liviya, Somali və Cənubi Afrika Respublikasına tibbi yardım daşıyıb.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık