Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Tramp Kim Çen Indan “yaxşı məktub” alıb

Tramp Kim Çen Indan “yaxşı məktub” alıb

ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Indan yaxşı bir məktub aldığını deyib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti keçirdiyi brifinqdə bəyan edib.

Tramp bildirib ki, KXDR bu yaxınlarda qısamənzilli raketləri sınaqdan keçirib: "O, uzun müddətdir sınaqlar keçirir. Mən Kim Çen Indan yaxşı məktub almışam. Hesab edirəm ki, biz dil tapa biləcəyik", - ABŞ Prezidenti əlavə edib.

Trampın sözlərinə görə, əgər o, Prezident olmasaydı, ABŞ KXDR ilə müharibə edərdi: "Bu, dünyanın və həyatın necə qurulduğunu başa düşməyənlər üçündür. Ancaq mənim Kim Çen Inla yaxşı münasibətim var. Düşünürəm ki, biz yola gedirik".

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık