Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Son sutkada Türkiyədə koronavirusdan daha 15 nəfər ölüb.

Son sutkada Türkiyədə koronavirusdan daha 15 nəfər ölüb.

DAİM.AZ xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir qeyd edib ki, bununla da COVID-19 qurbanlarının sayı 4 778 nəfərə çatıb.

 

Son sutkada 1 242 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə yeni növ virusdan sağalanların sayı 149 102 nəfərə çatıb. 

 

Ötən gün Türkiyədə 1 195 nəfərin koronavirusla bağlı analizi müsbət çıxıb. Qeyd edilir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 175 218 nəfərə yüksəlib.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,6 milyonu ötüb. Bunların 3,8 milyon nəfərdən çoxu sağalıb, 424 mindən çoxu isə ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık