Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Son bir gündə Türkiyədə daha 21 nəfər koronavirusdan ölüb.

Son bir gündə Türkiyədə daha 21 nəfər koronavirusdan ölüb.

DAİM.AZ  xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 669 nəfərə çatıb.

Ötən bir gündə ölkədə daha 878 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 169 218 nəfərdir.

Son sutkada 1 922 nəfər sağalaraq evə buraxılıb. Bununla da ölkədə virusdan sağalanların ümumi sayı 135 322 nəfərə çatıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 303 258 test aparılıb.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık