Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində daha 61 pasiyent koronavirusdan ölüb.

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində daha 61 pasiyent koronavirusdan ölüb.

DAİM.AZ xəbər verir ki, bu barədə Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

"Moskvada 61 pasiyent vəfat etdi. Onların hamısına pnevmaniya diaqnozu qoyulmuşdu və koronavirus infeksiyası testləri müsbət nəticə vermişdi", - deyə xəbərdə bildirilir.

Qeyd edilir ki, bununla da paytaxtda pandemiya qurbanlarının sayı 2 685 nəfərə çatıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık