Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Putin daha böyük təhlükədən xəbərdar etdi: “Qarşıdakı 2-3 həftə kritik olacaq” - Foto

Putin daha böyük təhlükədən xəbərdar etdi: “Qarşıdakı 2-3 həftə kritik olacaq” - Foto

Yeni tip koronavirusa qarşı lazımi tədbirlər görməməkdə tənqid edilən Rusiya prezidenti Vladimir Putin videokonfrans vasitəsilə Rusiya bölgələrinin rəhbərləri ilə müzakirələr aparıb. Putinin görüşünün əvvəli dövlət televiziyasında canlı yayımlanıb.

Reyting.az
 xəbər verir ki, Putin rusiyalı məmurlardan hər bir vətəndaşın həyatı üçün mübarizə aparmağı tələb edib. Rusiya prezidenti deyib ki, qarşıdakı 2-3 həftə koronavirusla mübarizədə kritik olacaq.

Putin daha böyük təhlükədən xəbərdar etdi: “Qarşıdakı 2-3 həftə kritik olacaq”

Rusiya Koronavirus İnfeksiyası və Qarşısını Alma Mərkəzi tərəfindən yayılan açıqlamada isə qeyd edilib ki, evlərində müalicə alan COVİD-19 xəstələrinin durumuna nəzarət etmək məqsədilə onlara mobil telefonlar təqdim edilib.

Açıqlamada karantin rejiminə tabe olmayan şəxslərə qarşı ciddi cəza tədbirləri görüləcəyi də bildirilib.

Xatırladaq ki, Rusiyada son 24 saatda 50 bölgədə 1459 yoluxma faktı qeydə alınıb, 13 nəfər vəfat edib.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık