Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Polşa sərhədlərini açır

Polşa sərhədlərini açır

DAİM.AZ bildirir ki, bu barədə ölkənin Baş Naziri Mateuş Moravetski açıqlama verib.

“Biz sərhədlərlə bağlı qərar qəbul etdik. (İyunun -red.) 13-dən etibarən Avropa İttifaqı ölkələri üçün sərhədləri açmaq qərarına gəldik”,  - Moravetski deyib.

O qeyd edib ki, sərhədlər digər ölkələrlə koronavirus pandemiyası ilə əlaqədar hələ bağlı qalacaq.

Həmçinin, iyunun 16-da Polşa müntəzəm beynəlxalq aviadaşımaları bərpa edəcək.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık