Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Macarıstanda koronavirusa yoluxanların sayı artdı

Macarıstanda koronavirusa yoluxanların sayı artdı

Şərqi Avropa ölkəsi olan Macarıstanda qeyd alınan koronavirusa yoluxma hallarının sayı 895-ə çatıb.

Məlumata görə, indiyədək 58 nəfər koronavirusdan ölüb, 94 nəfər isə sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 432 000-i ötüb. Bunların 302 324 nəfəri sağalıb, 82 128 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık