Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Koronavirusa yoluxduğu deyilən Kadırov iclas keçirdi - Foto

Koronavirusa yoluxduğu deyilən Kadırov iclas keçirdi - Foto

DAİM.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə o, Telegram səhifəsində məlumat verib.

 

“Bayramdan sonra operativ qərargahın iclasında məsul şəxslərin məruzələrini dinlədim. Ümumilikdə xəstəxanalarda, o cümlədən regionun iqtisadiyyatında vəziyyət stabildir. Biz artıq koronavirusla mübarizə haqda kifayət qədər faydalı məlumat toplamışıq. Əminəm ki, tezliklə regionda, həmçinin, bütün Rusiyada vəziyyət yaxşılığa doğru dəyişəcək”, - deyə Kadırov yazıb.

 

Kadırovun köməkçisi Əhməd Dudayev “TASS”a açıqlamasında onun səhhəti ilə bağlı hər hansı narahatlığının olmadığını bildirib: “Ramzan Əhmədoviç operativ qərargahın iclasını özü aparıb. O, çox yaxşı əhvaldadır, sağlamdır və özünü əla hiss edir. Onun səhhəti ilə bağlı hər hansı narahatlığa əsas görmürük”.

 

XƏBƏRƏ AİD ŞƏKİLLƏR

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık