Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

İranın daha bir şirkəti sanksiyaya məruz qalıb

İranın daha bir şirkəti sanksiyaya məruz qalıb

DAİM.AZ ABŞ Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ABŞ-ın Minnesota ştatının prokurorluğu şirkəti və onun rəhbərini çirkli pulların yuyulmasında, dələduzluqda və sanksiya rejimini pozmaqda ittiham edib. Şirkətin bir sıra ölkələrdə ofisləri var. Lakin onun baş ofisi Tehranda yerləşir və filiallara göstəriş də məhz baş ofisdən verilir.
Nəzərə çatdırılıb ki, Böyük Britaniyada həbs olunan S.S.Şəhidian ABŞ-a verilib. Şirkət rəhbərinin əməkdaşlıq etdiyi Vahid Vəli adında şəxs də axtarışdadır. Onun harada olmasını ABŞ-ın hüquq-mühafizə orqanları hələlik müəyyən edə bilməyib.

Mənbə: AZERTAC

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık