Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Dünyada koronavirusdan ölənlərin sayı 460 mini ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 460 mini ötdü

DAİM.AZ xəbər verir ki, bu barədə “Worldometers.info” saytında yerləşdirilən statistik məlumatda deyilir.

Bundan başqa, dünyada pandemiya ərzində 8 702 585 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb. Bu halda 4 592 225 insan xəstəlikdən sağalıb.

Hazırda virusa yoluxmuş 54 726 pasiyent ağır vəziyyətdədir.

ABŞ dünyada koronavirusa ən çox yoluxma və virusdan ölüm hallarının sayı üzrə birinci yerdədir. Birləşmiş Ştatlarda COVID-19-a 2 288 941 nəfər yoluxub, 121 289 nəfər pandemiyanın qurbanı olub.

Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Bu ölkədə 1 009 699 nəfərə koronavirusa yoluxma diaqnozu qoyulub. Müalicə alan 48 427 pasiyent vəfat edib.

Şimal qonşumuz Rusiyada da virusa yoluxma yüksəkdir. Bu ölkədə 596 063 nəfər COVID-19 daşıyıcısı kimi qeydə alınıb. 

Siyahıda dördüncü yerdə 395 812 yoluxma ilə Hindistan, beşinci yerdə 301 815 virus daşıyıcısı ilə Böyük Britaniya qərarlaşıb.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık