Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

BMT-nin baş katibi tibb işçilərinə müraciət etdi

BMT-nin baş katibi tibb işçilərinə müraciət etdi

BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Sağlamlıq Günü ilə bağlı video müraciət yayıb. 

Müraciət mətnində deyilir:

"Bu il Ümumdünya Sağlamlıq Günü hamımız üçün çox çətin bir vaxta qeyd edilir. Bu gün mən sağlamlığımızı qorumaq üçün gecə-gündüz çalışan səhiyyə işçilərinə, o cümlədən tibb bacıları, mama-ginekoloqlar, texniklər, təcili tibbi yardım işçiləri, əczaçılar, həkimlər, sürücülər, xadimələr, inzbibatçılar və digərlərinə müraciət edirəm.

Bu gün pandemiyanın dağıdıcı təsirlərinə qarşı mübarizə aparmaq üçün özünüzü riskə altına ataraq gecə-gündüz çalışdığınız üçün sizlərə hər zamankındən daha da çox minnətdarıq.

2020-ci il Beynəlxalq tibb bacısı və mama-ginekoloqlar ilidir və mən onların xüsusi təcrübə və öhdəliklərini vurğulamaq istəyirəm. Hamımızın tibb bacılarının və mama-ginekoloqlara göstərdikləri qayğı və peşəkarlığa görə minnətdar olmağımız üçün səbəbimiz var. Bilirəm ki, bu belədir.

Tibb bacıları səhiyyənin ən böyük yükünü daşıyırlar. Bu cür travmatik işi müşayiət edən zədələnmə, yoluxma və əqli sağlamlığa riski gözə alaraq çətin iş görürlər və uzun müddət çalışırlar. Onlar çox vaxt  insanlara həyatlarının son günlərində rahatlıq təmin edirlər.

Mama-ginekoloqlar həyatın başlanğıcında rahatlığı təmin edirlər. Pandemiya zamanı onların işi daha da çətinləşir, çünki körpələrimizin salamat doğulmasını təmin edirlər. Dünyanın bütün tibb bacıları və mama-ginekoloqlara səslənirəm: gördüyünüz iş üçün təşəkkür edirəm. Bu ağır dövrdə bütün tibb işçilərinə deyirəm: biz sizinləyik və sizə güvənirik. Sizinlə fəxr edirik; siz bizi ilhamlandırırsınız. Biz sizə borcluyuq. Hər gün və hər yerdə etdiyiniz müsbət dəyişikliklərə görə təşəkkür edirik".

Mənbə: REPORT

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık