Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

ABŞ-da koronavirus qırğını: hər gün minlərlə insan ölür...

ABŞ-da koronavirus qırğını: hər gün minlərlə insan ölür...

Koronavirus dünyada hər gün minlərlə insanın ölümünə səbəb olur və artıq dünəndən virusun qurbanlarının sayı 100 mini keçib. virtualaz.org xəbər verir ki, hazırda ən dramatik vəziyyətin hökm sürdüyü ölkələrdən biri ABŞ-dır. Ötən sutka ərzində ABŞ-da  2,1 mindən çox insan koronavirusun qurbanı olub.

Bu haqda məlumatlar federal və yerli hakimiyyətin informasiyası əsasında koronavirusa yoluxanlar və ölənlər haqda hesablamalar aparan Cons Hopkins Universitetinin saytında yer alıb. Çərşənbə günü COVID-19-dan birgünlük ölüm 1 973 insan təşkil etmişdi. Bu rəqəm cümə axşamı bir qədər azalıb. Həmin gün Birləşmiş Ştatlarda xəstəlikdən 24 saat ərzində 1 783 nəfər vəfat edib. 

ABŞ-da koronavirusa yoluxanların sayı yarım milyona çatıb. Ölənlərin sayı hazırda 20 minə çatır. Bu rəqəmlər hər saat artmaqdadır.

virtualaz.org

 

Xəbərin Videosu


Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık