Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Əfqanıstanda daha bir terror aktı - 5 ölü, 19 yaralı

Əfqanıstanda daha bir terror aktı - 5 ölü, 19 yaralı

DAİM.AZ “Qafqazinfo” yə istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, partlayış bomba yüklü bir avtomobil vasitəsilə hərbi məhkəmə binasının yaxınlığında baş verib. Hadisə nəticəsində 5 mülki şəxs həlak olub, 19 nəfər xəsarət alıb. Yaralananlardan 14-ü mülki şəxs, 5-i isə hərbçidir.

 

Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

 

Qeyd edək ki, bu, Əfqanıstanda son 3 gündə baş verən 3-cü terror aktıdır.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık