Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Fuad Muradov: "İndiyədək komitəyə 5 109 müraciət daxil olub"

Fuad Muradov:

Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımız tərəfindən quruma daxil olan müraciətləri müxtəlif kateqoriyalara bölür.

"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

"İndiyədək Diasporla İş üzrə Dövlət Komitəsinə 5 109 elektron müraciət daxil olub", - deyə o qeyd edib.

V.Muradov vurğulayıb ki, Komitənin İşçi Qrupu nəzdində fəaliyyət göstərən əməkdaşlar müraciətləri araşdırır: "Soydaşlarımızın gündəlik problemləri, xərcləri, iaşə, yaşama yerləri ilə bağlı, daha çox isə sosial yönümlü müraciətlər araşdırıldı. Bəzilərinin əlində uzun müddət əvvəl alınmış təyyarə biletləri var idi. Biz həmin soydaşlarımız haqqında məlumat əldə etdik.

Soydaşlarımız xaricə getdikdə heç bir dövlət qurumunu məlumatlandırmırlar. Biz dəfələrlə müraciət etmişik ki, soydaşlarımız xaricə gedəndə müxtəlif dövlət qurumlarına hardakı səfirlik və konsullar varsa, onları məlumatlandırsın. Azərbaycan hökumətinin yanaşması ilk gündən belə oldu ki, biz heç bir adamı kənarda qoya bilmərik. Cənab Prezidentin də bununla bağlı ciddi tapşırıqları oldu".

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık