Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Azərbaycanlılar Moldovanın paytaxtında Ermənistan səfirliyinin qarşısında aksiya keçirib

Azərbaycanlılar Moldovanın paytaxtında Ermənistan səfirliyinin qarşısında aksiya keçirib

Kişinyovda Azərbaycan icmasının onlarla nümayəndəsi Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar Azərbaycan-Ermənistan sərhədində münaqişənin eskalasiyası ilə əlaqədar narazılıqlarını bildiriblər.

Bu barədə Publika.md xəbər yayıb.


Saytın məlumatına görə, aksiya zamanı vəziyyət gərginləşib, bina karabinerlər tərəfindən mühasirəyə alınıb.

Bir müddət sonra etirazçılar ATƏT-in missiyasının binasına tərəf yollanıblar. 

Aksiyaçıların son təyinat yeri isə Ştefan çel Mare abidəsinin yerləşdiyi meydan olub.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık